Con Lili
Con Lili (1554, Kent qraflığı – 18 noyabr 1606, London) — ingilis bədii nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən və Şekspirin sələflərindən biri olmuşdur.
== Həyatı ==
O, "Universitet"(humanitar biliklər) yazıçıları qrupuna daxil olan "alim" dramaturq idi.
== Yaradıcılığı ==
Con Lilinin yaradıcılığının tədqiqatçısı R.Uorrik Bond onun haqqından yazır: "O, kəskin üslub hissəsinə malik idi, o, ilk dəfə olaraq ingilislərə başa saldı ki, nəsr-sənətdir. O, birinci ingilis romançısı idi". Con Lilinin qəhrəmanları və təsvir etdiyi şərait şərtidir.
C.Lili əsasən saray səhnəsi üçün nəzərdə tutulmuş pastoral və mifoloji süjetli komediyalar və romanlar yazmışdır. Onun belə əsərlərindən "Kampaspa", "Safo və Faun", "Endimion", "Midas", "Bombi ana", "Qalateya", "Ayda qadın" kimi dramlarını göstərmək olar.
=== Əsərləri ===
"Kampaspa"
"Safo və Faun"
"Endimion"
"Midas"
"Bombi ana"
"Qalateya"
"Ayda qadın"
=== "Kampaspa"komediyası ===
Komediyanın mərkəzində İsgəndər obrazı durur. Dünyanın yarısına hökmranlıq edən Makedoniyalı İsgəndər artıq hərbi yürüşləri dayandırmaq, öz sarayına məşhur filosofları toplamaq qərarına gəlir. O, saraya filosofları, o cümlədən, Aristoteli və Platonu dəvət edir.